top
Gəncə topçu alayları başçılarının nəslindən olan alim-filoloq: Mirzə Cəfər Topçubaşov
14 sentyabr 2021, 14:14
- +

Gəncə topçu alayları başçılarının nəslindən olan alim-filoloq: Mirzə Cəfər Topçubaşov

Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 12 oktyabr 1784-cü ildə (bəzi mənbələrə görə 1790-cı ildə) Gəncə şəhərində anadan olub. O, Gəncə xanlarının topçu alayları başçılarının - "Topçubaşı"­ların nəslindəndir. M.C.Topçubaşovun atası Gəncə xanlığının son hökmdarı Cavad xanın şəxsi katibi olmuşdur.

1812-ci ildə M.C.Topçubaşov Tiflisə köçür və fars dilini bildiyi üçün İran səfirliyində işə başlayır. 1817-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedir və 50 ildən çox Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi və Peterburqun müxtəlif ali təhsil müəssələrində ərəb, fars və türk dilləri müəllimi kimi işləmişdir. Topçubaşov 1823-cü ildə Sankt-Peterburq Universitetində, fars filologiyası üzrə professor elmi adı almışdır.

Alim M.C.Topçubaşovun rus yazıçı A.S.Puşkinlə tanışlığı olub. Topçubaşov rus yazıçı A.S.Qriboyedov və Polyak yazıçı Adam Mitskeviçlə də yaxın dost idi. Onlar Mirzə Cəfərdən şərq dillərini öyrənirdilər.

Topçubaşov 1849 -1867-ci illərdə Asiya departamenti nəzdindəki Sərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirmişdir. Alim Rusiya Arxeologiya və Numizmatika cəmiyyətinin Şərq şöbəsinin rəhbəri olmuşdur. Onun təşəbbüsü ilə şöbənin “Xəbərlər” bülleteni nəşr edilmişdir və orda "Kitabi-Dədə Qorqud" və başqa dastanların tərcümələri çap edilmişdir.

Mirzə Cəfər London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü olub. O həmçinin, Rus imperiyasının I dərəcəli Stanislav, II və III dərəcə­li Anna, İranın "Şiri-Xurşid" ordenlərinə layiq görülmüşdür.

Mirzə Cəfər Topçubaşov 4 fevral 1869-cu ildə Peterburqda vəfat edib. 1869-cu ildə Rusiya imperiyasında ən yaxşı şərqşünaslıq əsərlərinə görə, 100 rubl məbləğində "Topçubaşov mükafatı" təsis olunmuşdur.

 

Mənbələr:


  1. Ф.М.Мамедов. Гянджа. Баку-1988.

  2. http://www.anl.az/down/meqale/medeniyyet/2017/yanvar/522458.htm

  3. http://tehsiljurnali.az/manset/760-br-kln-z-l.html

  4. http://az.baku-art.com/az/bu-gun-sherq-nas-terc-m-chi-poliqlot-alim-mirz-c-f-r-top-uba-ovun-dogum-g-n-d-r

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər