top
Gəncə üsyanının rəhbəri: Cahangir bəy Kazımbəyli
28 sentyabr 2021, 14:30
- +

Gəncə üsyanının rəhbəri: Cahangir bəy Kazımbəyli

Cahangir bəy Kazımbəyli Gəncə şəhərində anadan olub. Bir çox mənbələrdə onun 1885-ci ildə anadan olduğu qeyd edilir. Bəzi mənbələrdə isə 1888-ci il də qeyd olunur. Lakin onun məzar daşının üzərində doğum tarixi kimi 1894-cü il göstərilib.

O, ilk təhsilini Gəncə gimnaziyasında, sonra isə Sankt-Peterburq Hərbi-Hava Akademiyasında alıb. Cahangir bəy çar Rusiya ordusu sıralarında Birinci Dünya müharibəsində (1914-1918) iştirak edib. Kazımbəyli ilk azərbaycanlı pilotlardan biri idi.

26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu yaradılanda, Cahangir bəy Rusiyadan Gəncəyə dönüb, alay komandiri olub.

Cahangir bəy, bolşeviklər Azərbaycan ərazisini işğal etdikdən sonra, mübarizəyə qalxıb və 1920-ci ilin may ayında başlayan Gəncə üsyanına rəhbərlik edib. Lakin üsyan yatırılıb və o, müsavatçıların köməyi ilə Türkiyəyə qaçıb.

1922-ci ildə marşal Yuzef Pilsudski, Cahangir bəyi Varşavaya dəvət edib, ona Polşa ordusunda diviziya komandiri vəzifəsini verib. Həmçinin Kazımbəyli burada sovetlərə qarşı yaranmış "Prometey" cəmiyyətində həyat yoldaşı Valiyyə Xoyskiylə birgə çalışıb. Onlar azərbaycan dilində qəzet, jurnal nəşr edib, "Azəri-türk" dərnəyini yaradıblar.

Kazımbəyli İkinci Dünya müharibəsində (1939-1945) Polşa ordusunun zabiti kimi iştirak edib. Döyüşlərin birində yaralanıb və almanlara əsir düşüb. Cahangir bəyi vaxtilə Yelenendorfda (indiki Göygöl rayonu), alman koloniyasında yaşayan dostu, Almaniya ordusunun zabiti, Emin Qud azad etdirib.

Cahangir bəy 1943-cü ildə Berlində Dünya azərbaycanlılarının I Qurultayının iştirakçısı, Avropada yaranan "Milli birlik" partiyasının əsas təşkilatçılarından biri olub. Parisdə və Berlində nəşr olunan "Azərbaycan" məcmuələrində, "Milli birlik" jurnalında məqalələrlə çıxış edib.

Müharibədən sonra Kazımbəyli, Misir kralı Fərruxun köməyi ilə Romaya (İtaliya) köçüb. 1953-cü ildə Amerikada nəşr edilən "Azərbaycan" milli jurnalının 12-ci nömrəsində Cahangir bəyin "Gəncə üsyanı haqqında xatirələr" adlı yazısı çap olunub. 1954-cü ildə Cahangir bəy Münxendə (Almaniya) "Azadlıq" radiosunda fəaliyyətə başlayıb və burada dünya azərbaycanlılarını sovet hakimiyyəti ilə mübarizəyə çağırıb.

Cahangir bəy Kazımbəyli 1955-ci ildə Almaniyanın Berlin şəhərinə iş görüşünə getdiyi zaman, sovet kəşfiyyatının əli ilə qətlə yetirilmişdir. O, Berlində Şəhidlik Məscidinin həyətində olan məzarlıqda dəfn olunub.

 

Mənbələr:


  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

  2. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

  3. İ.Əliyarlı, T.Behbudov. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bak-2013.

  4. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.

  5. https://masimovasif.net/berlind%C9%99-cahangir-b%C9%99y-kazimb%C9%99ylinin-xatir%C9%99si-anildi/

  6. Xalq qəzeti.-2017.-7 mart.-№51.-S.9.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər