top
Gəncənin yaranmasına dair əfsanələr
09 noyabr 2021, 13:30
- +

Gəncənin yaranmasına dair əfsanələr

1) Gəncənin yaranmasına dair bir neçə əfsanə var. Onların birində deyilir ki, ərəb valisi Mazyad Arrandan (İndiki Bərdə, Beylaqan, Gəncə və Şəmkir şəhərləri olan ərazi) karvanla keçirdi. Gecə ​​Mazyad burada, üç təpənin yanında çadır qurur. Çətin səyahətdən sonra çadırda yatıb, maraqlı bir yuxu görür.

O yuxuda açıq sahənin ortasında dayandığını və kiminsə onunla danışdığını görür. Bu  sadəcə bir səs idi. Yuxudaki səs ona bir sirr açır. Səs deyir ki, Mazyadın yatdığı üç təpədən birində xəzinə basdırılıb.

Səs ərəbə əmr edir: "Atına minib, onu təpələrə apar. Atın dayandığı və dırnağını yerə döyəcəyi təpədə, qazmağa başla və xəzinə tapacaqsan. Orada yeni şəhər qur və adını Gəncə (yəni "xəzinə") qoy". Bu sözlərdən sonra Mazyad oyanır. Atını yəhərləyib, təpələrə aparır. At təpələrin birində dayanır və dırnaqları ilə yerə döyür. Bu Mazyadı təəcübləndirir və o, atdan düşüb, həmin yeri qazmağa başlayır. Təpənin altında həqiqətən də xəzinə - qızıl və qiymətli daşlarla doldurulmuş qazanlar tapır.

Mazyad yuxudakı səsin ona əmr etdiyi hər şeyi edir. Orada şəhər salır və adını Gəncə qoyur. Gəncə şəhəri də belə yaranır.

***

2) Başqa əfsanəyə görə, bir gün şah gəzməyə çıxıbmış. Gəlib bir düzə çatır. Baxır ki, bu düzdə hər güldən, hər çiçəkdən var. Bu düzdən də bir çay keçir. Düzün yuxarısında meşəlik, qarlı dağlar var, buranın təmiz havası adama bir yüngüllük gətirir. Şah orada qoyun otaran çobandan soruşur:

- Buranın təkcə yazı mı belə olur?

Çoban deyir:

-Buranın yayı, payızı yazından da gözəl olur.

Şah:

- Bura get-gəllidirmi?

Çoban cavab verir ki, uzağın karvanları buradan keçib gedir. Tacirlər, səyyarlar qış da burada dincəlirlər. Şah deyir:

- Burada şəhər salmaq istəyirəm.

Çoban da fəxrlə deyir:

- Bura gencə yerdir. Yəni demək istəyir ki, bura çox geniş yerdir.

Şah orada şəhər saldırır, adını Gencə qoyur, "Gencə" də yavaş-yavaş "Gəncə" yə çevrilir.

 

Mənbələr:


  1. Azərbaycan Folkloru Antologiyası. IX. Gəncəbasar folkloru.

  2. AZƏRBAYCAN TÜRKLƏRİNİN XALQ ƏFSANƏLƏRİ. Bakı - "Azərnəşr" - 2009

  3. http://gim.az/turizm_ru/173-gyandzha-gorod-sokrovisch.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər