top
Gəncənin Qırıxlı məscidi
16 sentyabr 2021, 16:20
- +

Gəncənin Qırıxlı məscidi

Məscid Gəncə şəhərinin Bağmanlar və Gəncə küçələrinin kəsişməsində, Qırıxlı məhəlləsində yerləşir. Fərrux Əhmədovun "Gəncənin tarixi yaddaşı" və "Azərbaycan Respublikası məscidlər ensiklopediyası" kitablarında Qırıxlı məscidinin 1650-ci ildə tikildiyi qeyd olunur. Məscidin çöl divarında yerləşən kitabədə, ibadətgahın tikinti tarixi kimi 1870-1873 illər göstərilmişdir. Bəzi mənbələrdə isə məscidin tikinti tarixi 1870-1880-ci illərə aid edilir.

Kəpəz TV-nin "Gəncə adlı salnamə" verilişində, ibadətgahın yerli sakinlərin vəsaiti hesabına 1870-1880-ci illərdə inşa olunmağa başlanması, lakin işlərin yarımçıq qaldığı deyilir. Sonradan isə məscidin inşası məhəllə sakini Hacı Qasımın şəxsi vəsaiti ilə başa çatdırılıb.

Sadıq Şükürovun "Gəncənin tarixi abidələrindən" kitabında məscidin tikintisi haqqında yazılıb: "Bina darovsaradək tikildikdən sonra iş dayandırılmışdır. Yorğan-döşəkdə xəstə yatan Hacı Qasım kişi maddi çətinlik üzündən tikintinin dayandırıldığını eşidib, evdən yanındakı ağsaqqala pul verib demişdir: "Xalqın təşəbbüsünü yarımçıq qoymayın".

Məscid kərpicdən inşa olunub və dördbucaq formaya malikdir. Damının örtüyü və günbəzi dəmir təbəqə ilə işlənib. İbadətgahın əsas giriş qapısından içəridə dəhliz yerləşir. Məscidin döşəməsi taxtadandır, divarları ağ gildən, kərpiclə hörülüb. İbadət salonunun darovsarında ərəb əlifbası ilə ağ və göy rəngdə Qurandan surələr var. Mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşib və tağvari formaya malikdir. İbadət evinin minarəsi yoxdur. Məscidin günbəzinin üstündə aypara var.

Sovet dövründə məscid anbar və yeməkxana kimi istifadə edilib. Qırıxlı məscidi uzun müddət "Şəfa çiçəyi", yəni yaşıl aptek kimi fəaliyyət göstərib. Burada təbii otlardan düzələn dərmanlar satılırdı. 1997-ci ildə məscid kimi fəaliyyətini bərpa etmişdir.

2018-ci ildə məsciddə əsaslı təmir işləri aparılıb.

[caption id="attachment_2249" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2248" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2247" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2250" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2251" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2252" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin Tarix yaddaşı. Bakı-1998.

  2. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001

  3. Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.

  4. http://ganjanews.az/2018/09/18/c%C9%99miyy%C9%99t/g%C9%99nc%C9%99d%C9%99-m%C9%99scidl%C9%99r-%C9%99sasl%C4%B1-t%C9%99mir-edilib.html

  5. https://www.youtube.com/watch?v=VoanAmonD-E&t=1662s

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər