top
Gəncənin qədim İmamlı məhəlləsi
11 sentyabr 2021, 17:48
- +

Gəncənin qədim İmamlı məhəlləsi

Qədim İmamlı məhəlləsi Gəncə şəhərinin indiki Vaqif, Fətəli xan Xoyski, qismən İsrafil Məmmədov və Şeyx Nizami küçələrinin müxtəlif hissələrini əhatə edir. Fərrux Əhmədovun "Gəncənin tarixi yaddaşı" kitabında məhəllənin əsasının beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin zamanında, VII-VIII əsrlərdə qoyulduğu qeyd olunub.

İmamlı məhəlləsinin adı İmamlardan olanlar mənasını verir. Məhəllə sakinlərinin dediklərinə görə, buranın İmamlı adlandırılması, İmamzadə ziyarətgah kompleksinə gedən əsas magistral yolunun məhəllədən keçməsidir. Aşura günündə məhəllə sakinləri, İmamzadə ziyarətgahına yalnız piyada gediblər.

İmamlı məhəlləsi haqqında digər bir rəvayətə görə, buranın adı İmama sitayiş edən, yəni seyidlərin çox olması ilə əlaqədardir. Eyni adlı məhəllənin Şamaxıda, Bərdədə və Türkiyənin Sarvan vilayətində mövcud olması onu göstərir ki, İmamlı toponimi 12 İmamdan birinə aid olmağı ilə yanaşı, Ərəb xilafəti dövrünə (632-ci ildən 1258-ci ilə qədər) aiddir.

Alim Sədnik Paşayev Kəpəz.Tv-ə verdiyi müsahibədə bildirib ki, məhəllə iki hissədən: Kiçik və Böyük İmamlıdan ibarət idi. Onun dediklərinə əsasən, Kiçik İmamlının camaatı loğmanlıqla məşğul idilər. Onlar təbii bitkilərlə insanları müalicə edirdilər. Böyük İmamlının sakinləri isə dini müdafiə edənlər idi.

Məhəllə ağsaqqalları Məşədi Hüseyn, Kərbalayi Həsən Hacı, İbrahim Usub, Kərbəlayi Həmzə Hacı İmamlı məhəlləsinin ictimai həyatında əsas mövqe tutmuşdurlar. Yerli sakinlər, həmçinin ticarət, sənətkarlıq (əsasən boyacılıq, şərbaflıq, dulusçuluq) və xırda xidmət sahələrində çalışırdılar.

Məhəllədə üzüm bağları da olub. Onlar əsasən Gəncəçayın sol sahili boyuna salınmışdır. Üzüm bağlarının sulanması, həmçinin İmamlının su təchizatı Karxana arxının və Seyid kəhrizinin hesabı ilə həyata keçirdi.

1804-ci ilin mayında İmamlı məhəlləsində 39 ev var idi, 226 nəfər yaşayırdı. XX əsrin əvvəlində burada yaşayan ailələrin sayı 980-ə çatmışdı. Həmçinin İmamlı üç hamamı mövcud olan yeganə məhəllə olub. Kişilər üçün Hacısaatdı, qadınlar üçün Hacı Xeyransa, kişi və qadınlar üçün Xas hamamı. Bundan əlavə, məhəllədə İmamlı məscidi də var idi. Məscidə "Hacısaatdı" məscidi də deyilirdi.

[caption id="attachment_2065" align="alignnone" width="225"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2066" align="alignnone" width="225"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_2064" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998

  2.  https://www.youtube.com/watch?v=xdVeVNBmXAY

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər