top
Gəncənin qədim körpüləri
13 noyabr 2021, 11:30
- ↺ +

Gəncənin qədim körpüləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində 1939-1940-cı illərdə qazıntılar zamanı, Gəncəçay üzərində XI-XII əsrlərə aid üç körpünün qalıqları aşkar edilmişdir. Bu körpülər qədim Gəncənin sol və sağ hissələrini birləşdirirdilər.

Birinci və ya yuxarı körpü şəhərin sol sahilinin cənub hissəsindən 160 metr məsafədə yerləşirdi. Onun eni 4 metr idi. Körpünün kənarları şəhərin hər iki hissəsinin qala divarlarına yaxınlaşırdı. Bu kənarların üzərilərində qüllələr ucaldılmışdır. Körpünün dayaqları dağılmışdır, lakin onlardan biri yaxşı qalmışdır. Bu, körpünün orijinal görünüşünü yenidən təsəvvür etməyə kömək edir.

Çayın aşağı hissəsində, birinci körpüdən 240 m məsafədə, ikinci və ya orta körpünün bir hissəsi qalmışdır. İkinci - orta körpünün qalıqlarından onun but daşından tikildiyi və mərmərə bənzər daşla üzləndiyi bəlli olmuşdur. Sol və sağ sahillərdə keçid qalıqları da vardır. Sağ sahildə körpünü və onun çıxdığı qala qapılarını qoruyan bir qüllə də var idi.

Orta körpüdən 400 m aşağıda yerləşən üçüncü körpünün, bir kənarı şəhərin sağ sahil hissəsinin divarlarına yaxınlaşırdı, digər kənarı isə şəhər divarlarından kənara çıxırdı. Eni 6,70 metr idi. Bu körpü digərlərindən enli idi və mütəxəssislər onun çaydaşı, bişmiş kərpicdən tikildiyini söyləyirdilər. Ehtimal etmək olar ki, orta əsrlərdə Gəncədən keçən karvanlar məhz bu körpünün üzərindən keçirdilər.

Bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşən daha iki körpü mövcud idi.

XI-XII əsrlərə aid üç körpü qalıqları Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxildir.

Mənbələr:


  1. https://www.azerbaijans.com/content_1784_az.html

  2. К. М. МАМЕД-ЗАДЕ. СТРОИТЕЛЬНОЕ ИСКУССТВО АЗЕРБАЙДЖАНА. Баку-1983

  3. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı-1991

  4. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004

  5. Foto: Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı-1991.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:36

Gəncənin zülmətə bürünən küçələri bitib-tükənmir - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Oxşar xəbərlər