19 C
Gence
19 C
Gence

Gəncənin mədəni sərvəti: Gəncə Dövlət Kukla Teatrı

Gəncə Dövlət Kukla Teatrı Gəncədə, Gəncəçayın sağ sahilində, Əhməd Cəmil küçəsi 105-də yerləşir. Bu teatr 18 sentyabr 1986-cı ildə yaradılmışdır.

Gəncə Dövlət Kukla Teatrının binası 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib. Bu bina xristian dini abidələr sırasına daxil edilib.

Yarandığı gündən teatrda 120-dən çox kukla tamaşası hazırlanıb. Burada hər il 4 tamaşa səhnəyə qoyulur. Kollektiv,  Azərbaycan yazıçılarının əsərləri və xalq nağılları ilə yanaşı, xarici ölkə yazarlarının əsərlərinə də müraciət edir. Azərbaycan əsərləri əsasında “Xeyir və şər”, “Xırs quldurbasan”, “Qaraca qız”, “Fitnə”, “Keçəlin toyu”, “Ağca və qaraca”, rus xalq nağılı əsasında “Qoğal”, “Oğul-noğul”, “İki dəcəl şirciyəz”, xalq əfsanəsi əsasında “Qız qalası” kimi tamaşalar teatrda nümayiş edilib.

Gəncə Dövlət Kukla Teatrında üç nəfər “Əməkdar artisti” fəxri adına layiq görülüb: teatrın direktoru Fərmail Paşayev, aktyorlar Xudayət Əsgərov və Nağəddin Məmmədov.

1991-ci ildə Gəncə kuklaçıları Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüblər. Həmçinin teatrın çıxışları İzmir, Bursa (Turkiyə), Almatı (Qazaxıstan), Tırqovişte (Bolqarıstan) və İvano-Frankovsk (Ukrayna) şəhərlərində baş tutmuş sənət bayramlarında mükafatlar qazanıb.

2015-ci ildə teatrda təmir-bərpa işləri aparılıb.

Mənbələr:

  1. http://ganja.mctgov.az/az/view/360/50/Gence-Dovlet-Kukla-Teatri
  2. https://www.yenigence.com/g%C9%99nc%C9%99-dovl%C9%99t-kukla-teatri-31-yasina-q%C9%99d%C9%99m-qoyub/
  3. http://azteatr.musigi-dunya.az/file?id=88&dt=49
  4. https://www.youtube.com/watch?v=kWqX-CP-U54
  5. http://www.demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=375
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az
    Foto Gencexeber.az

    Foto Gencexeber.az
    Foto Gencexeber.az

Ən Çox Oxunan