top
Gəncəli Xalq rəssamı Xalidə Səfərovanın 95 illiyidir
25 avqust 2021, 13:40
- +

Gəncəli Xalq rəssamı Xalidə Səfərovanın 95 illiyidir

Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub.

O, 1941-ci ildə Gəncədən Bakıya köçüb və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) daxil olub. 1949-1955-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (S. A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rəssamlıq fakültəsində təhsil alıb.

Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" olub. İkinci diplom işi isə şair Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar olub. Rəssamın diplom müdafiəsində iştirak edən Bülbül təxəllüsü ilə tanınan SSRİ xalq artisti Murtuza Məmmədov, onun əl işini yüksək qiymətləndirmişdir. Hər iki əsər SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, daha sonra isə 1956-cı ildə Praqa (Çexiya) və Paris (Fransa) şəhərlərində keçirilən kinofestivallar çərçivəsində sərgilənmişdir.

Xalidə Səfərova yaradıcılığında əsasən peyzaj, natürmort, portret janrlarına üstünlük verib. Xalidə Səfərova yoldaşı rəssam Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgisinə 70-ə yaxın rəngkarlıq və qrafika, 150-dən artıq peyzaj və natürmortla qatılıb. Həmçinin, 1960-cı illərdə idman mövzusuna aid kompozisiyalar ərsəyə gətirib. Xalidə Səfərova bəzi əsərlərini əməkçi insanlara həsr edib.

Xalidə Səfərova 1985-ci ildə Fransaya səfər edib. Sena çayının (Fransa) mənzərələrini, düzənliklərini çəkmişdir. Rəssam Fransada  "Paris Notr-Dam kilsəsi", "Bənövşəyi gecə", "Site" və s. əsərlərini yaratmışdır. Həmin səfər zamanı çəkdiyi əsərlərinin bir çoxu Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilmişdir.

1980, 1984 və 2002-ci illərdə Bakıda, 1988-ci ildə Moskvada rəssamın fərdi sərgiləri keçirilib. Müxtəlif illərdə əsərləri Rusiya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, İsrail və başqa ölkələrdə sərgilənib. ABŞ, Almaniya, Rusiya, Türkiyə və Çexiyada Xalidə Səfərovanın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

O, 1989-cu ildə "Xalq rəssamı" fəxri adına layiq görülüb. Rəssam 23 dekabr 2005-ci ildə, 79 yaşında Bakıda vəfat edib.

 

Mənbələr:


  1. X. Əsədova. Xalidə Səfərova. Bakı-2013

  2. https://medeniyyet.az/page/news/53666/Tebiete-vurgun-qelbin-rengler-dunyasi.html?lang=az

  3. https://www.baki-xeber.com/sosial/107250.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər