top
Gəncəli Xalq Artisti: Mobil Əhmədov
23 sentyabr 2021, 17:01
- +

Gəncəli Xalq Artisti: Mobil Əhmədov

Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə anadan olub.

O, 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Mobil Əhmədov 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Azərbaycanın opera müğənnisi Bülbülün sinfində oxuyub.

1961-ci ildə təhsilini bitirdikdən sonra o, Dövlət Radiosunun xorunda solist kimi fəaliyyətə başlayıb. Həmin ilin sentyabr ayında Mobil Əhmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (ADMKT) dəvət olunub. Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi aktyorlarla çalışmağa başlayıb. Əhmədov bu haqda xatirələrində də yazmışdı: "Adımı ilk dəfə ADMKT afişalarında oxuyanda gözlərimə inansam da, fikrimdə reallığa çevirə bilmədim. "Doğrudanmı mən, indiyədək çox-çox uzaqlardan baxdığım bu nəhəng aktyorlarla çiyin-çiyinə çıxış edəcəyəm?!" kimi qəribə hislərə qapılırdım".

ADMKT-da sənətkar 40 ilə yaxın çalışıb. O, bu müddət ərzində teatrın bir çox tamaşalarında əsas partiyaları ifa edib. Mobil Əhmədov musiqili komediyalarda "Sərvər" və "Rüstəm bəy" ("O olmasın, bu olsun"), "Əsgər" ("Arşın mal alan"), "Heydər bəy" ("Hacı Qara"), "Məhəmmədhəsən əmi" ("Danabaş kəndinin əhvalatları") kimi rolları canlandırıb.

Həmçinin o, müəllim kimi Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında, 22 və 6 saylı Musiqi məktəbində fəaliyyət göstərib.

Mobil Əhmədovun ifasında "Qarabağın qızları", "Tez gəl", "Göygöl", "Küsmərəm" kimi mahnılar yer tutmuşdur. O, rəssamlıq sahəsində "Pikassonu düşünərkən", "Süleyman Rüstəm", "Tələbə qız", "Mənim dostlarım" portretləri, "Tənha qayıq", "Gəncə mənzərələri", "Gəncə çayı" əsərlərini yaratmışdır.

Mobil Əhmədov 1978-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar uzun müddət sürən xəstəlikdən sonra 2 iyun (bəzi mənbələrdə 3 iyun) 2006-cı ildə Bakı şəhərində vəfat edib və Gəncə şəhərində dəfn olunub.

 

Mənbələr:


  1. http://anl.az/el/emb/TEATR/aktyorlar/mobil_ehmedov.htm

  2. https://apa.az/az/xeber/incesenet-xeberleri/mobil-ehmedovun-90-illiyi-munasibetile-ustadimin-yolu-ile-adli-film-konsert-hazirlanib-660608

  3. http://musiqiliteatr.az/xeberler/551-musiqili-teatrda-xalq-artisti-mobil-hmdovun-xatirsi-yad-edilib.html

  4. https://www.youtube.com/watch?v=04Y77Jwlm_0&t=22s

  5. https://medeniyyet.az/page/news/20278/Senetde-Mobil-tonalligi.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər