top
Gəncəli aktyor və rejissor: Şahmar Ələkbərov
23 avqust 2021, 14:20
- +

Gəncəli aktyor və rejissor: Şahmar Ələkbərov

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncə şəhərində anadan olub. Onun doqquz yaşı olanda, ailəsi Bakıya köçüb.

Hələ məktəbdə oxuyarkən, o vaxtki 26-lar adına Mədəniyyət Sarayına dram dərnəyinə gedib, orada tamaşalarda oynamışdır. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində, sənətkar Rza Təhmasibin kursunda təhsil almışdır.

Üçüncü kursda oxuyarkən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə girmişdir və bir müddət orada aktyor kimi çalışmışdır. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış etmişdir. Universiteti bitirdikdən sonra, müəllim-assistent kimi çalışıb, aktyor sənətindən dərs demişdir.

"Ustalar" tamaşasında rolu ilə rejissor Adil İsgəndərovun diqqətini cəlb etmişdir. Cəfər Cabbarlı adına Kinostudiyanın direktoru Adil İsgəndərоv, Şahmarı özünün yaratdığı "Kino aktyorluğu" studiyasına işləməyə dəvət etmişdir.

Kinoda ilk rolu "Dağlarda döyüş" filmindəki Fərrux obrazıdır. Şahmar Ələkbərov "Yeddi oğul istərəm", "İntizar", "Axırıncı aşırım", "Qatır Məmməd" və s. kimi filmlərdə rol almışdır.

Şahmar Ələkbərovun teleradioda da fəaliyyəti olub. Radioda "Ulduz" proqramının, "Molla Nəsrəddin" radioverilişinin aparıcısı olmuşdur.

Şahmar Ələkbərov həmdə rejissor idi. Onun bu sahədə ilk işi rejissor Gülbəniz Əzimzadə ilə çəkdiyi "İmtahan" filmi olmuşdur. Sonra "Sahilsiz gecə"ni çəkmişdir. Şahmar Ələkbərovun ssenarisi əsasında çəkilən "Qəzəlxan" filmi  Azərbaycan şairi Əliağa Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

Şahmar Ələkbərov Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR xalq artisti, ən yaxşı bədii filmə görə Azərbaycan SSR dövlət mükafatı, kimi mükafatlara layiq görülmüşdür.

Xalq artisti 12 avqust 1992-ci ildə, 48 yaşında xərçəng xəstəliyindən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

Mənbələr:


  1. http://regionplus.az/az/articles/view/2701

  2. https://azertag.az/xeber/Azerbaycan_kinosunun_Sahmari-1567511

  3. https://oxu.az/culture/145572

  4. http://istoriya-kino.ru/kinematograf/item/f00/s00/e0000068/index.shtml

  5. https://m.modern.az/az/news/62480/sahmar-elekberov-anildi

  6. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000601866

  7. https://filmfond.az/2020/08/23/sahmar-%C9%99l%C9%99kb%C9%99rovun-dogum-gunudur/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər