top
Gəncədə ipəkçiliyin tarixi
19 avqust 2021, 15:47
- +

Gəncədə ipəkçiliyin tarixi

Gəncə şəhəri Böyük İpək Yolunun üzərində yerləşən şəhərlərdən biri olduğu üçün, burada ipəkçilik qədim zamanlardan inkişaf etmişdir.

X əsrdə Gəncə dünya ipək ticarətinin mərkəzinə çevrilmişdir. XI-XII əsrlərdə burada fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. Ərəb alimi Zəkəriyyə Əl-Qazvini yazırdı: "Gəncənin ipəyi gözəllik baxımından digər ölkələrin ipəyini üstələyir". Fransız bəstəkar Pyer Şeffer qeyd etmişdi ki, Gəncə Şərqdə böyük bir toxuculuq mərkəzi kimi tanınıb.

Gəncədə ipəklərdən bəzəkli, naxışlı, qadın baş örtükləri, çadralar istehsal olunurdu. İtalyan səyyah Marko Polo Gəncə ipəyindən belə yazırdı: "Burada ipək parçalar o qədər çoxdur ki, hətta yol kənarındakı kiçik karvansaraylarda belə çarpayılar ipək yorğanla örtülmüşdür".

XIII əsrdə monqollar ilk dəfə Gəncəni işğal etmək istəyəndə, gəncəlilər onlara xeyli ipək verdikləri üçün, monqollar şəhəri zəbt etməmişdilər.

Keçmişdə ipəkçiliklə məşğul olana "şərbaf" deyirdilər. XVIII-XIX əsrlərdə Gəncədə "Şərbaflar" adlı məhəllə mövcud olub ki, bu da yerli ipəkçiliyin qədimliyini sübut edir. Həmin dövrdə şəhərdə ipəktoxuma sexləri var idi. 1840-cı ildə Gəncədə dörd, 1860-cı illərdə isə 12 ipəktoxuma sexi olub. Bu sexlərin hər birində doqquz usta çalışırdı, və 60-dan çox iplik maşını var idi. Gəncənin ipək parçaları Sankt-Peterburq, Paris və Berlin şəhərlərində mükafatlar almışdır.

1925-ci ildə Gəncədə ipəkqurdu yetişdirilməsi sahəsində elmi araşdırmalar aparılması üçün İpəkçilik stansiyası yaradılmışdır. 1958-ci ildən bu stansiyanın əsasında Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu qurulmuşdur. İnstitut 1991-ci ildə 6000-ə yaxın barama istehsal edərək, rekord göstərici əldə etmişdir. Hal-hazırda, Gəncədə ipəkçiliyə maraq azdır və əvvəlki miqyasda istehsalat yoxdur.

 

Mənbələr: 


  1. Эльмира Мурадалиева. Города Кавказа на великом шелковом пути. Баку - 2011

  2. М.М.Альтман - Исторический очерк города Гянджи.

  3. Ф.М.Мамедов - Гянджа.

  4. https://525.az/news/42260-gozden-dusmus-ipekcilik

  5. http://kepeztv.az/news/id/2105

  6. https://www.advantour.com/rus/silkroad/azerbaijan.htm

  7. https://sesqazeti.az/news/analytics/565739.html

  8. https://azerhistory.com/?p=32509

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər