top
Gəncədə güləşin əsasını qoyan idman ustası: İsax Cəfərov
13 oktyabr 2021, 13:00
- +

Gəncədə güləşin əsasını qoyan idman ustası: İsax Cəfərov

İsax Əli oğlu Cəfərov 15 avqust 1928-ci ildə Gəncənin qədim Şahsevənlər məhəlləsində anadan olub. O, Azərbaycanda ilk, Gəncədə yeganə SSRİ-nın Əməkdar məşqçisi və Gəncədə güləşin əsasını qoyan idman ustası idi.

İsax Cəfərov Gəncədə orta məktəbi bitirdikdən sonra, Bədən Tərbiyə Texnikumunda təhsil alıb. 1946-cı ildə o, idman ustası Vilayyəddin Hacıyevin rəhbərliyi altında "Spartak" idman cəmiyyətində məşqlərə başlayıb. Elə həmin ildə İsax, Azərbaycan güləşi üzrə Gəncə çempionu adını qazanıb.

O, 1947-ci ildə sərbəst güləş üzrə respublika birinciliyində bütün döyüşlərdə qalib gəlib, yalnız güləşçi Rəşid Məmmədbəyova uduzaraq ikinci yeri əldə edib. 1948-ci ildən İsax üç il klassik güləş üzrə, 1951-ci ildən yenədə üç il sərbəst güləş üzrə respublikanın çempionu olub.

O, idman ilə yanaşı, 1950-1955-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (AKTİ) təhsil alıb. Eyni zamanda İsax Cəfərov Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda qiyabi oxuyub.

Tələbəlik illərində o, məşqçilik fəaliyyətinə başlayır və bunu belə xatırlayır: "1950-ci ildə AKTİ-na daxil olduğum vaxt burada güləşmə bölməsi yaradıb həvəskar gəncləri məşqlərə cəlb etdim. Bölmədə işlər yaxşı gedirdi. Gənclər həvəslə məşğul olur, güləşmənin müxtəlif fəndlərini mənimsəməyə cəhd edirdilər. Üç il ərzində bu bölmədə bir məşqçi kimi öz ixtisasımı artırdım. 1953-cü ildən isə "Dinamo" cəmiyyətində məşqçi vəzifəsinə təyin olundum".

İsax Cəfərov Gəncədə yeni tipli idman məktəblərindən birinin yaradıcısı və rəhbəri olub. 1980-ci ildən o, Gəncə şəhər 2 saylı Uşaq İdman məktəbinin direktoru vəzifəsində çalışıb.

Cəfərov, həmçinin Gəncənin ictimai həyatında iştirak edib. O, iki çağırış Şəhər Deputatları Sovetinin deputatı olmuşdur. Həmçinin, əməkdar məşqçi Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

İsax Cəfərov məşqçilik illərində Dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Rəhim İsmayılov, Arif Həsənov, Azərbaycanın əməkdar məşqçilərindən Səməd Şahniyarov, Ziyabil Abbasov, Nadir Rəhimov və 100-lərlə idman ustalarını yetişdirib.

İsax Cəfərov 57 yaşında, 1985-ci ildə vəfat edib və Gəncənin Fəxri Xiyabanında dəfn olunub.

 

Mənbələr:


  1. https://www.youtube.com/watch?v=iFIufPPzly0

  2. https://www.youtube.com/watch?v=YstnJ2rvikA

  3. http://ganca.org/index.php?option=com_content&view=article&id=221:sax-li-olu-cfrov&catid=28:gnc-ziyalilar&Itemid=3

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər