top
Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi
20 oktyabr 2021, 11:30
- +

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Qızılhacılı məscidi Gəncə şəhərinin qədim Qızılhacılı məhəlləsində, Təbriz küçəsində yerləşir. Tikili məhəllə sakinlərinin vəsaiti ilə 1877-ci ildə inşa edilib. Bu tarix, bir zamanlar, məscidin üzərində olan, ərəbcə yazılan kitabədə də göstərilmişdir.

Buraya el arasında Şabanlı məscidi də deyilir. Ehtimal edilir ki, məscidin Şabanlı adlandırılması məhəllədə yerləşən tayfa və ya onun başçısının adı ilə bağlıdır. Həmçinin bu binanı tikən və ya tikilməsinə təşəbbüs göstərən şəxsin adı ilə bağlı olduğu da güman edilir.

1801-1802-ci illərdə Borçalı, Qazax, Şəmşəddil mahalları ruslar tərəfindən işğal edildikdən sonra, oranın əhalisi Gəncəyə köçməyə başlamışdır. Gəncə hökmdarı Cavad Xan onlara köməklik edərək, köçkünləri şəhərin Böyük Bağman bölgəsində yerləşdirmişdir. Borçalıdan gələnlər burada Qızılhacılı məhəlləsini salıb, sonra özlərinə bu məscidi tikiblər.

Qızılhacılı məscidi kərpicdən tikilib. Məscidin günbəzi üçkünc formada olan dəmirlər ilə örtülüb, onun üzərində isə kuzə və aypara var. Onlar 1980-ci ildə, bərpa işləri zamanı qoyulub. Qapının yan tərəfindənki divarda ikitağlı oyuq, üstündə də həmin oyuqların formasını təkrar edən pəncərə var.

Məscidin içində mehrab yoxdur. Ehtimal edilir ki, mehrab Sovet dövründə dağıdılıb. Bu zamanlar məscidin binasından ateizm klubu və anbar kimi istifadə edilib. Həmçinin burada diş poliklinikası da yerləşib.

Hal-hazırda bu məsciddə 22 saylı kitabxananın filialı kimi fəaliyyət göstərir.

[caption id="attachment_3811" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3812" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Sevinc Abdullayeva. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. 525-ci qəzet. 2014.

  2. https://www.youtube.com/watch?v=Ej8WuCw9b5Y

  3. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Camal Cəfərov Gəncəyə qayıtdı

Bütün xəbərlər
Dünən, 17:16

Kişi yanıq xəsarəti aldı – Vəziyyəti orta-ağırdır

Bizim fəxrimiz
Dünən, 16:22

"Qonşum ailəmi izləyirdi" — Zərərçəkən

Gəncəbasar
Dünən, 15:36

Maye qazdoldurma məntəqəsini bağladılar

Bütün xəbərlər
Dünən, 14:57

Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür

Bütün xəbərlər
Dünən, 14:23

Brilliant Dadaşovanın əri Gəncə Dram Teatrına direktor təyin ediləcək - İDDİA

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə sabah səhərə yaxın yağış yağacağı gözlənilir

Bütün xəbərlər
Dünən, 12:55

Yol polisi sürücülərə xəbərdarlıq edib

Bütün xəbərlər
Dünən, 12:12

Gəncə təhsilinə ömrünü həsr edən direktorun 100 illiyi qeyd olunub

Bütün xəbərlər
Dünən, 11:38

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranma günüdür

Bütün xəbərlər
Dünən, 11:00

Gəncədə daha bir gənc dəm qazından zəhərləndi

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədə 19 yaşlı qız dəm qazından zəhərləndi

Bütün xəbərlər
Dünən, 10:16

Müharibəyə ZORLA aparılan GƏNCƏLİ torpağa tapşırıldı

Bütün xəbərlər
Dünən, 09:36

Gəncədə 270 ağac budandı

Bütün xəbərlər
13 fevral 2026, 18:00

Rəşid Mahmudova "od püskürdü": "Sən nə kişisən ki..."

Bütün xəbərlər
13 fevral 2026, 16:48

Gəncəbasar zonası üzrə 10 avtobus dayanacağı yenilənəcək - RƏSMİ

Bütün xəbərlər
13 fevral 2026, 16:09

Tanınmış bloqer azadlığa çıxıb

Bütün xəbərlər
13 fevral 2026, 15:34

"Merlər Razılaşması" çərçivəsində Gəncədə binalar tikiləcək

Bütün xəbərlər
13 fevral 2026, 14:57

Gəncədə Sevgililər Günü güclü külək əsəcək

Bütün xəbərlər
13 fevral 2026, 14:21

İmtahanların nəticələri bəlli oldu

Gəncəbasar
13 fevral 2026, 13:42

Yaslarda ancaq halva, limon, qənd…

Bütün xəbərlər
13 fevral 2026, 13:06

Gəncədə ötən il 41.8 milyon manatlıq inşaat işləri görülüb

Bütün xəbərlər
13 fevral 2026, 12:25

Rusiya-Ukrayna müharibəsinə zorla cəlb edilən GƏNCƏLİ ölüb

Bütün xəbərlər
13 fevral 2026, 11:43

Gəncədə ŞOK - Lal-kar qadına təcavüz etdi

Oxşar xəbərlər