top
Gəncədə şaha sədaqətli əsgərlərin qədim məhəlləsi
19 noyabr 2021, 16:07
- +

Gəncədə şaha sədaqətli əsgərlərin qədim məhəlləsi

Şahsevənlər məhəlləsi Gəncənin indiki Mikayıl Müşfiq, Şahsevənlər, Ordubadi küçəsinin bir hissəsi, Cavad Xan və Nizami prospektinin müxtəlif dalanlarını əhatə edir. Bu məhəllə şəhərin qərb hissəsində XVII əsrdə salınıb.

Məhəllənin adı Şahsevən tayfasının adı ilə bağlıdır. Şahsevənlər adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində (1501-1524-ci illərdə) yaranmışdır. "Şahsevənlər" şaha sədaqətli olan, ona xidmət edən əsgərlərə deyilirdi.

XVI-XVII əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub, I Şah Abbas Səfəviyə xidmət edirdilər. I Şah Abbas Gəncədə güclü dayaq yaratmaq məqsədi ilə Şahsevənləri buraya köçürüb. Onlar Gəncədə oturaq həyata keçib, məhəllə salıb, burada məskunlaşırlar. Şahsevənli mərhum İsrafil baba bu haqda belə danışardı: "Şah oğlu Şah Abbas Gəncəni tutandan sonra buraya 200 şahsevən ailəsi köçürtmüşdür. Onlara otlaq yeri kimi Alməmmədlidə (Gəncənin qərb hissəsi) Dayılar yerini bağışlamışdır".

Şahsevənlilər ilk olaraq maldarlıq, toxuçuluq və əkinçilik ilə məşğul idilər. XIX əsrin ikinci yarısında məhəllə sakinləri əsasən sənətkarlıqla məşğul olublar. Burada bıcaqçılar, məstçilər (ayaqqabı tikənlər), papaqçılar və s. kimi sənətkarlar var idi. Papaqçılardan Əli kişi, Məşədi Əli, Kərim, Camal, məstçilərdən Kar Qasım, Hilal kişi bütün Gəncədə məşhur idilər.

1880-1882-ci illərdə Şahsevənlər məhəlləsində eyni adlı məscid inşa edilib. Bu illərdə də yerli əhali məscidin həyətində qoşa Şahsevənlər kəhrizi qazıblar. Kəhriz Daş körpüdən başlayıb Gəncəbasarın Sərkar kəndində qurtarıb. Həmçinin Şahsevənlər bağlarının suvarılması üçün Qara arx istifadəyə verilib. Qara arxın bitdiyi yerə Sutökülən deyilirdi. Şahsevənlər, Toyuqçu və Qıllılar məhəllələri arasında Sutökülən qəbiristanlığı yerləşirdi.

1804-cü ilin mayında Şahsevənlər məhəlləsində 49 ev var idi, 162 nəfər yaşayırdı. 1916-cı ildə isə məhəllədə yaşayan ailələrin sayı 831-ə çatıb.

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  3. https://www.youtube.com/watch?v=8DmY2zE5vLY&t=705s


[caption id="attachment_5261" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_5264" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_5262" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_5263" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər