top
Gəncədə 19 ispan pilotunun məzarı
30 oktyabr 2021, 15:20
- +

Gəncədə 19 ispan pilotunun məzarı

Gəncədə "Yeni Səbiskar" qəbiristanlığında yerləşən "Fəxri Xiyaban"da 19 qəbir var. Bu məzarlar ispan pilotlarına aiddir.

1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsi zamanı, SSRİ respublikaçıları dəstəkləyirdi. Sovet ölkələrində onlar üçün hərbi hazırlıq məktəbləri açılırdı. 1937-ci ildə ispan kursantlarının yetişdirilməsi üçün Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi açılmışdır. Məktəbin inşasına İspan hökuməti tərəfindən 3,5 milyon rubla yaxın məbləğ ayrılmışdır. Burada fevral ayının 1-dən 193 ispan kursant Sovet İttifaqı Qəhrəmanı Ernest Şaxtanın nəzarəti ilə təlimlərə başlamışdır.

Kursantlara Gəncədə 5-6 ay pilotçuluqdan xüsusi biliklər öyrədilirdi və təlimlər keçirilirdi. Sovet hərbi pilot məktəblərində təhsil alan 700-dən artıq ispan kursantın, 500-dən çoxu Gəncədə təhsil alıb.

Deyilənə görə, burada dəfn olunan 19 pilot ağır təlimlərdə vəfat edib. Belə hadisələrin biri haqda kursant Fernando Eskamilyanın xatirə dəftərində yazıb: "1938-ci ilin iyun ayı idi. Kursant Xulian De La Rossa ukraynalı təlimatçı Derkaç ilə..təlim keçirdi...təyyarə onlar tərəfindən yerə endirilməli idi. Elə bu vaxt...təyyarə alışıb yanmağa başladı. Təlimatçı kursanta dərhal paraşütlə tullanmaq əmri verdi. Kursant əmri eşitsə də, yerindəcə donub qaldı...Nəhayət, təlimatçının təhriki ilə kursant paraşütlə tullandı. Xulian De La Rossa həyatını təlimatçının sayəsində xilas etmiş oldu. Təlimatçı Derkaç isə hadisədən sağ çıxmadı".

Qəbirlər aypara formasında düzülüb və kompleksin baş tərəfində "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri" sözləri yazılan lövhə yerləşir.

Gəncə şəhər sakini, 98 yaşlı Tofiq Hüseynov ispaniyalı pilotlarla birgə oxuyub və bildirib ki, ispanlar indiki 30 nömrəli məktəbdə məskunlaşmışdırlar: "İspan pilotlarla...Hərbi Pilot məktəbində...tanış olmuşdum. Çox mehriban və qayğıkeş insanlar idilər.Gəncə şəhərində gəzintidə olan zaman qarşılarına çıxan uşaqlara hədiyyə alır, öz forma və papaqlarını, kitablarını hədiyyə edirdilər...".

Gəncə şəhər 30 saylı orta məktəbdə "İspan təyyarəçilərin xatirə muzeyi" var. Burada fotosənədlər, kursantların və təlimatçıların hərbi geyimləri, təyyarə modelləri, həmçinin onlardan bəhs edən qəzet yazıları var.

[caption id="attachment_4309" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_4310" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. https://www.yenigence.com/g%C9%99nc%C9%99d%C9%99-d%C9%99fn-olunan-ispan-pilotlar/

  2. https://www.youtube.com/watch?v=_hvzRNrphK4

  3. http://www.dia.az/8/221950-sovet-semasinda-can-veren-gencede-defn-edilen-ispanlar.html

  4. https://gancapost.info/az/article/281/ispanlar-g-nc-y-n-ucun-g-lmisdil-r-arasdirma

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər