top
Gəncə adının mənşəyi
21 sentyabr 2021, 14:45
- +

"Gəncə" adının mənşəyi

"Gəncə" sözünün yaranması haqqında müxtəlif fıkirlər mövcuddur.

Bəzi tədqiqatçılar "Gəncə" sözünün kökünün fars (pəhləvi) dilindəki "gaznaka" (xəzinə, dəfinə, məhsul saxlanılan yer) sözündən yarandığını bildirirlər. Gəncənin xəzinə adlanması onun qədimdən əlverişli coğrafi-strateji şəraiti və karvan yollarının üstündə yerləşməsi ilə bağlıdır.

Gəncə hər zaman regionun mərkəzi kimi tanınırdı. Qonşu bölgələrdən bura məhsullar gətirilirdi. Ərəb coğrafiyaşünasları Gəncənin ərzaqla zəngin olduğunu qeyd edirdilər. Coğrafiyaşünas Həmdullah Qəzvini yazırdı: "Xəzinələri ilə dolu Gəncə".

"Gəncə" sözünün qədim türk mənşəli tayfaların adları ilə bağlı olduğunu da deyirlər. Gəncə haqqında kitabın müəllifi F.M.Məmmədov, "Gəncə" adını "genceki" tayfası ilə əlaqələndirir. Professor Əsgər Zahidov isə "Azərbaycanın bəzi toponimləri" kitabında şəhərin adını həmin ərazidə yaşamış, gəncək-gəncə qəbiləsi ilə bağlayır.

Fərrux Əhmədovun "Gəncənin tarixi yaddaşı" kitabında qeyd olunur ki, qədimdə şəhər Gəncə yox, "Qanca" (və ya Kancə) adlanmışdır. Bu sözün ilk komponenti "qan", "kan", "kaan", "xan" bir sıra türk dillərində hakim, sərkərdə deməkdir. Sözün ikinci hissəsi olan "ca" (ca, ça, çə) tarixi Azərbaycanın ərazisində yer, yurd deməkdir. "Qanca", "Kancə" sözləri "xan yeri", "xan yurdu" anlamı verdiyini yazmışdır.

"Gəncə"nin etimologiyası ilə bağlı digər fikir isə, sözün "gen yeri" (geniş yer), "açıq yer" anlamına gəlməsidir. Gəncəyə aid əfsanələrin birinə inansaq, bu adın azərbaycan sözü olduğunu da iddia etmək olar. Əfsanədə deyilir ki, hansısa hökmdar Gəncə şəhərinin ərazisinə gələndə, bir çoban ona demişdi ki, bura gencə yerdir, yəni açıq bir yerdir və burada şəhər tikilsə yaxşı olar.

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998

  2. Əsgər Zahidov. Azərbaycanın bəzi toponimləri. Gəncə-1995

  3. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949

  4. Əhməd İsayev. Gəncə və Gəncəlilər. Bakı-2008

  5. Ф.М.Мамедов. Гянджа. Баку-1998

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər