top
Cavad xana edilən erməni xəyanəti
31 avqust 2021, 12:30
- +

Cavad xana edilən erməni xəyanəti

Gəncədə az sayda insanın bildiyi xalq ədəbiyyatından bir hekayə var. Bu hekayənin nə rəsmi mənbəsi, nədəki sübutu var. Yeganə mənbə yerli əhalinin yaddaşında qalan, əcdadlarının onlara danışdığı hekayədir.

Bir gün Cavad xan Şuşadan Gəncəyə qayıdırmış. Yolda bir çay kənarında dayanıb, günorta namazını qılır, sonra isə oturub istirahət edir. Birdən bir uşağın başqa uşaqlar tərəfindən döyüldüyünü görub onlara yaxınlaşır. Bu uşağı niyə döydüklərini soruşur. Uşaqlar onun kənddə oğurluq etdiyi üçün döydüklərini deyirlər. Cavad xanın uşağa yazığı gəlir və onu özü ilə Gəncəyə aparır. Bu uşaq Aşot adlı bir erməni idi. O, xanın sarayında yaşayır, onun xidmətçisinə çevrilir.

Gəncə bazarına erməni tacirləri gələndə, Aşot onlar ilə dostlaşır. Tacirlər Aşotdan xahiş edirlər ki, onların Gəncədə məskunlaşmasına kömək etsin. Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün icazə istəyir. Cavad xan onun arzusunu yerinə yetirir. Erməni tacirləri Gəncənin gözəl yerlərində ev və kilsə tikdirib, yaşamağa başlayırlar. Daha sonra Gəncəyə bir çox erməni ailələri köçməyə başlayır.

1803-cü ilin dekabrında rus qoşunları Gəncəni zəbt etmək üçün şəhərə yaxınlaşırlar.  Rus generalı Sisianov məktub yazaraq, Cavad xana şəhəri ruslara təslim etməsini təklif edir. Cavad xan isə rədd cavabı verərək, sona qədər vuruşacaqlarını bildirir.

Cavad xana məktub gətirən elçinin sözlərini Aşot da eşidir. O, qorxu içində Gəncədə yaşayan varlı erməni tacirinin yanına gedir və vəziyyəti ona danışır. Tacir Gəncədə yaşayan bütün ermənilər ilə yığışıb, vəziyyəti müzakirə edir. Onlar var-dövlətini itirməkdən çox qorxurduqları üçün, qizlicə Sisianovun yanına adam göndərib, ondan aman istəyirlər.

Sisianovun əsgərləri Gəncəyə hücum edəndə, onlara şəhər qapılarını ermənilər açdılar. Bu vaxta qədər şəhəri ala bilməyən ruslar asanlıqla şəhərə daxil oldular. Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda, gözlərinə inanmadılar. Şəhərə atəş açan rus əsgərlərinin içində ermənilər də var idi. Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəlir. Cavad xan "Ay namərd erməni" deyərək yerə yıxılır. Rus general Lisaneviç ikinci gülləni xanın başından vuraraq, Cavad xanı öldürür. Xanın oğlu namərd ermənini qılıncla vurub yerə sərir. Rus əsgərlərinin acdığı atəş isə onu da öldürür. Nəticədə Gəncə xanlığı düşmənin əlinə keçir.

 

Mənbə: Şifahi xalq ədəbiyyatından

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər