top
Cücələrim mahnısının bəstəkarı: Gəncəli Qəmbər Hüseynli
18 sentyabr 2021, 13:00
- +

"Cücələrim" mahnısının bəstəkarı: Gəncəli Qəmbər Hüseynli

Bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərinin Dördyol məhəlləsində anadan olub.

Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Bu mahnı "Dünyanın ən yaxşı uşaq mahnıları" albomuna daxil edilib. "Cücələrim" Sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.

Qəmbər 1925-ci ildə Gəncədə birinci dərəcəli məktəbdə təhsil almağa başlamışdır. O, 1927-ci ildə orta məktəbdə oxuyarkən, Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. 1929-1934-cü illərdə isə Gəncə pedaqoji texnikumunda təhsil alıb.

1932-ci ildə Şərq Simfonik Orkestri Moskvadan Gəncəyə qastrol səfərinə gəlmişdi. Konsertdən bir gün əvvəl orkestrin baş ifaçısı xəstələnir və Qəmbər Hüseynliyə onu əvəz etməyi təklif edirlər. Tanımadığı bir qrupla yalnız bir məşq edən gənc musiqiçinin çıxışı uğurlu alındı.

Qəmbər Hüseynli 1935-ci ildə Bakı Musiqi Texnikumunda violonçel ixtisasında təhsilini davam etmişdir. Daha sonra Qəmbər məktəbin bəstəkarlıq şöbəsinə keçib. Onun ilk əsəri 1939-cu ildə dramaturq Cəfər Cabbarlının sözlərinə yazdığı "Tellər oynadı" romans-mahnısı olub.

1939-cu ildə Qəmbər Hüseynli Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. O, burada bir il çalışıb, sonra yenidən Bakıya qayıdıb. Bir müddət sonra, Qəmbər "Sazçı Qızlar" ansamblının təşkilatçısı və bədii rəhbəri kimi fəaliyyətə başlayıb.

1944-ci ildə bəstəkar, Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə, sovet hakimiyyəti tərəfindən həbs edilib. Azadlığa çıxandan sonra, Qəmbər 1947-1951-ci illərdə Gəncə Dövlət Filarmoniyasına və Gəncə Dövlət Dram Teatrının musiqi hissəsinə rəhbərlik edib, teatr tamaşaları üçün musiqi yazıb. Bəstəkar 1951-1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq şöbəsində təhsil alıb.

Qəmbər Hüseynlinin ən məhşur əsərləri "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" sayılır. O,1961-ci ildə Azərbaycan SSR-in "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni ilə təltif edilib.

Qəmbər Hüseynlı ağır xəstəlikdən 31 iyul 1961-ci ildə (bəzi mənbələrdə 1 avqust) 45 yaşında Bakıda vəfat edib və Gəncədə dəfn edilib.

 

Mənbələr: 


  1. http://az.baku-art.com/az/emekdar-inces-n-t-xadimi-b-st-kar-q-mb-r-huseynlinin-105-illiyidir

  2. http://www.anl.az/down/meqale/kaspi/2016/aprel/486184.htm

  3. http://www.ganja-ih.gov.az/news/1173.html

  4. https://kaspi.az/az/arli-aplinin-salam-gnderdiyi-bextever-bestekar

  5. https://www.youtube.com/watch?v=zXwMC0B-jK8&t=115s

  6. https://modern.az/az/news/235388/bir-mahniyla-sohret-tapan-bestekar-qember-huseynlicucelerim-mahnisina-gore-hebs-edilmemisdi

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Oxşar xəbərlər