top
Azərbaycan ədəbiyyatının ilk şairəsi: Məhsəti Gəncəvi
11 noyabr 2021, 12:20
- ↺ +

Azərbaycan ədəbiyyatının ilk şairəsi: Məhsəti Gəncəvi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə anadan olub. O, Azərbaycanın ilk qadın şairəsi, şahmatçı və musiqiçisi hesab edilir.

2013-cü ildə UNESCO Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edib. 7 oktyabr 2016-cı ildə şairənin Fransanın Konyak şəhərində abidəsi ucaldılıb. 8 oktyabrdan Məhsəti Gəncəviyə Fransanın bir çox şəhərində tədbirlər təşkil edilib.

Şairənin həyatı barədə məlumatlar, əsasən, əlyazmalardan, Bakıda, İstanbulda və Londonda saxlanılan XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürülüb.

Məhsəti, Gəncənin Xarabat məhəlləsində yaşayıb və ilk təhsilini Gəncədə alıb, bir çox elm və incəsənət biliklərini inkşaf etdirib.

Əsl adı Mənicə, Məhsəti isə təxəllüsü olub. Təxəllüsün mənşəyi ilə bağlı bir rəvayət var.  Bir gün Səlcuq Sultan Səncər onu saraya dəvət edir. Şairə sultana sarayda hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan onunla razılaşmır və farsca deyir: "To meh-həsti" ( "sən hamıdan böyüksən"). Beləliklə, "meh-həsti" "məhsəti"yə çevrilib, şairənin təxəllüsü olub. Məhsəti Gəncəvi Sultan Səncərin sarayında yaşayan müddət, orada keçirilən saray və ədəbi məclislərdə iştirak edib.

O, sonra Gəncəyə qayıdıb və həyatının qalan hissəsini burada keçirib. Məhsəti Gəncəvi XII əsrin ortalarında Gəncədə vəfat edib.

Şairənin rübailərinin əsas mövzuları sevgi, məhəbbət, qadın hüquqsuzluğuna qarşı mübarizə, zamanədəki haqqsızlıqlardan şikayətdir.

1957-ci ildə ilk dəfə Məhsəti Gəncəvinin 200-dən çox şeirdən ibarət divanı yaradılmışdır. Alman alimi Frits Meyer 1963-cü ildə "Gözəl Məhsəti" monoqrafiyasını yazmış və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplamışdır. Məhsəti Gəncəvinin rübailəri azərbaycan, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. 1980-ci ildə onun Gəncədə heykəli ucaldılmışdır. 2014-cü ildə Gəncədə "Məhsəti Gəncəvi Mərkəzi" açılmışdır.

 

Mənbələr:


  1. Rafael Hüseynov. Məhsəti - necə varsa. Bakı-1989.

  2. Humanizmi, nikbinliyi ilə seçilən şairə. Bakı-2018.

  3. https://www.ens.az/az/mehseti-gencevi

  4. https://www.trend.az/azerbaijan/society/2670128.html

  5. https://www.youtube.com/watch?v=d_Wrv5cybvQ


https://kayzen.az/blog/shabnam_101/9266/m%C9%99hs%C9%99ti-g%C9%99nc%C9%99vi-%C9%99satir-yoxsa-h%C9%99qiq%C9%99t.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:36

Gəncənin zülmətə bürünən küçələri bitib-tükənmir - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Oxşar xəbərlər