Gəncədə yolun bir hissəsində tamet daşları yenilənir. Bu haqda Gencexeber.az-ın müxbiri 3 noyabr tarixində məlumat verib.
İşlər Atatürk prospekti və Qəmbər Hüseynli küçəsinin kəsişməsində aparılır. Aidiyyəti qurumun əməkdaşları dünəndən etibarən döşəməni bərpa edirlər.
Daha öncə, Nizami küçəsindəki təmir-bərpa işləri haqda məlumat vermişdik.