25.8 C
Gence
25.8 C
Gence

Yeni Gəncə qəsəbəsində su kəsilib

Yeni Gəncə qəsəbəsindəki su borusu yenə partladı. Bu haqda Gencexeber.az-a dekabrın 23-ü məlumat daxil olub.

Kommunal qəza şəhərin 28 may küçəsində baş verib. Bu səbəbdən Yeni Gəncə qəsəbəsi və ətraf ərazilərin bəzi hissələrində su təchizatı dayandırılıb.

Cəlb olunan Azərsu ASC-in əməkdaşları borunu təmir edərək su təchizatının bərpası ilə məşğul olublar. Əraziyə texnika, ağır tonajlı yük maşını və canlı qüvvə cəlb olunub.

Sözügedən boru Gəncəni su ilə təmin edən əsas xətlərdən biridir. Burada üç aya yaxındır ki, müntəzəm olaraq qəzalar baş verir. Ərazidə təmir işləri aparılsa da, su təchizatında davamlı baş verən kəsintilər bəzi şəhər sakinlərinin narahatçılığına səbəb olur.

Xatırladaq ki, 2 noyabr tarixində burada 200 metr məsafədə xəttin bir hissəsi dəyişdirilmişdir.

Ən Çox Oxunan