Gəncə Tarix-Mədəniyyət Qoruğunun ərazisində təmizlik işləri aparılıb. Bu haqda Gencexeber.az-a dekabrın 30-u məlumat daxil olub.
Sözügedən tədbirlər Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Əraziyə çoxlu sayda texnika və kommunal müəssisələrdən işçilər cəlb olunub.
Qeyd edək ki, bir müddət öncə qoruğun ərazisinin çirkləndirilməsinin qarşısının alınması üçün monitorinq keçirilmişdir.

