"Xalq Bank" Gəncə fillialı üzrə Kredit şöbəsinin mütəxəssisi vakansiyasını elan edib.
Namizədlərdən aşağıdakılar tələb olunur:
- Maliyyə, iqtisadiyyat, menecment və ya hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında (kiçik və orta biznes sahəsi üzrə) təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Işə qəbul olmaq istəyən şəxslər öz CV-lərini azərbaycan dilində
cv@xalqbank.az elektron ünvanına göndərməlidirlər. CV-nin formasını
bu likdən keçid edib əldə etmək olar.