"Ganja mall"da Yeni il şənliyi keçirilib. Bu haqda Gencexeber.az-a dekabrın 27-si məlumat daxil olub.
Tədbirin başlamasından öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Əsas qəhrəmanlar olan balacalar şeirlər oxuyublar və rəqs ediblər. Daha sonra sazın müşayiəti ilə "Azərbaycan" şeiri səsləndirilib. Sonda Şaxta baba və Qar qız şənliyə qatılıblar.
Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNİCEF, Avropa İttifaqı və Azərbaycana Birgə Yardım Təşkilatının "İnteqrasiya olunmuş sosial xidmətlər" layihəsi çərçivəsində həyata keçirilib.
[caption id="attachment_7487" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]