Gəncə Maarif Evində təlim baş tutacaq. Bu haqda 13 iyul tarixində Maarif Evinə istinadən məlumat veririk.
Təlimçi Pərviz Mehdiyev ilə görüş təşkil olunacaq. Burada biznes idarə sistemi və onun əsasları barədə danışılacaq. Görüş 14 iyul tarixində saat 16:00-da keçiriləcək.
Burada hər kəs ödənişsiz olaraq iştirak edə bilər.