Gəncədə küçələrin birində asfaltlama işləri tam görülməyib. Bu haqda Gencexeber.az-a 18 iyun tarixində məlumat daxil olub.
Söhbət Səfəvilər küçəsinin 1-ci döngəsindən gedir. Burada yaşayan sakinlərin sözlərinə görə, küçənin bir hissəsinə asfalt örtüyü salınmayıb. Bu da ərazidə yaşayan sakinlərin etirazına səbəb olub.
“Bir neçə il əvvəl küçəmizin bir hissəsinə asfalt çəkiblər, digər hissəsi isə qalıb. Dedilər ki, bir-iki aya gəlib, işləri tamamlayacağıq, amma gələn olmadı”, – deyə sakinlər qeyd ediblər. Sakinlər yaşadıqları ərazidə abadlıq işlərinin tam şəkildə aparılmasını istəyirlər.