Gəncədə daha bir dirək qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 4 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Təbriz küçəsində müşahidə olunur. Buradakı evləri elektrik enerjisi ilə təchiz edən naqilləri daşıyan dirəklərdən biri avtomobil yoluna doğru əyilib.
Sakinlərin sözlərinə görə, dirək bir müddətdir bu vəziyyətdədir. Onlar bu haldan narahat olduqlarını bildirirlər.