Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 4 iyul tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 28 May küçəsi ilə hərəkət edən “Chevrolet” markalı avtomobil Mehmandarov küçəsi ilə gedən “VAZ 21015” ilə toqquşub. Qəzaya səbəb sonuncunun işıqforun qırmızı işığında hərəkət etməsi olub.
Nəticədə heç kim xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.