Gəncədə ingilis dilində film nümayişi olacaq. Bu haqda 20 yanvar tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
“TeatrKino Xoyski” ingilis dilində danışmağı və öyrənməyi sevənlər üçün təşəbbüs irəli sürüb. 22 yanvar tarixində (bazar günü) saat 12:00-da ingilis dilində “6 children and one grandfather” filmi nümayiş olunacaq.
İştirak haqqı 3 manatdır. Biletləri Art Garden Ganja-nın “Turş” kafesində əldə etmək olar.