Gəncədə daha bir konsert baş tutacaq. Bu haqda 29 iyun tarixində “Gəncə Qalası”na istinadən məlumat veririk.
Tədbir Sevgililər Gününə həsr edilir. 30 iyun tarixində “Gəncə Qalası” Ticarət və Əyləncə Mərkəzində musiqili proqram keçiriləcək. Burada müğənnilər Nəfəs və Zeynəb Həsəni çıxış edəcəklər.
Konsert saat 16:00-da başlayacaq. Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.