Gəncədə mopeddən yıxılan gənc oğlan dünyasını dəyişib. Bu haqda 9 iyul tarixində Avtosfer.az-a istinadən xəbər veririk.
Hadisə şəhər ərazisində qeydə alınıb. Astara rayon sakini, 29 yaşlı Səyyad Məmmədli mopeddən yıxılıb. Xəstəxanaya yerləşdirilən gənc orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.