Gəncədə avtomobil qəzası ölümlə nəticələnib. Bu haqda 10 iyul tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 53 yaşlı Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub.
Nəticədə piyada xəsarət alıb və xəstəxanaya yerləşdirilib. O, burada dünyasını dəyişib.
Bildirilir ki, Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub.
Faktla bağlı araşdırma aparılır.