Gəncə təmsilçisi məşqləri bərpa edib. Bu haqda 10 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
"Səbail" ilə yoxlama görüşündən sonra iki günlük istirahətə buraxılan “Kəpəz” bu gündən məşqlərə davam edir. Hazırlıq proqramına əsasən, futbolçular saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaqlar.
Daha sonra - 18:30-da Gəncə şəhər stadionunun yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcəklər.