Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 20 yanvar tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul əməkdaşları şəhid ailələri və bir qrup qazi ilə görüşüblər. Görüşdə iştirak edənlərin müraciətləri tək-tək dinlənilib. İşlə təminat, mənzil uçotuna alınma, müalicə üçün köməkliyin göstərilməsi, maddi yardımın ayrılması və digər məsələlər müraciətlərin əsasını təşkil edib.
Səslənən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb.