Gəncədə təhsil işçiləri bir araya gəliblər. Bu haqda 20 yanvar tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Burada GDRTİ-nin sektor müdirləri, idarə əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbirdə şagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər, tarix fənni üzrə müəllimlər 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.