Gəncəli gənclər TSP-nin ikinci sessiyasına qatılıblar. Bu haqda 21 yanvar tarixində USAİD-ə istinadən məlumat veririk.
USAID Özəl Sektorun İnkişafı layihəsi (PSA) tərəvəzçilik üzrə Texniki Sertifikasiya Proqramına (TSP) davam edir. Burada Gəncədən olan şagirdlər də daxil Tovuz, Şəmkirdən ümumilikdə 30-dan çox şəxs iştirak edib.
Təlimdə USAID PSA-nin Aqrobiznes Məsləhətçisi Qabriel Eliaz iştirakçılara tərəvəz bitkiləri üçün şitilxanaların qurulması, düzgün suvarma, gübrələmə qaydaları, zərərvericilər və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumat verib. “Havas” MMC-nin bağçılıq üzrə eksperti Hacıbala Hacıyev isə açıq sahədə yetişdirilən bitkilərin becərilməsinin əsas elementlərini təqdim edərək torpağa qulluq, toxumsəpmə və bitkiləri zərərvericilərdən qoruma barədə danışıb.