Gəncədə Xudadat bəy Rəfibəylinin yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda 13 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Tədbir 1 saylı kitabxana filialında baş tutub. Mərasimdə 4 nömrəli məktəbin şagird və müəllim kollektivi iştirak edib. Kitabxanaçı Lalə Kərimzadə Xudadat bəy Rəfibəylinin həyatı haqda məlumat verib. O bildirib ki, görkəmli dövlət xadimi Difai partiyasının yaradıcısı və üzvü olub. Gəncə xalqının hörmətinə layiq olan Rəfibəylilər nəslindən olan şəxsiyyətlərə Gəncədə heykəllər qoyulub, onların adlarına küçə adları verildiyini qeyd edib.