Gəncə sakinlərinə təhlükə yaradan sallanmış budaq kəsilib. Bu haqda məlumat Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olub.
Ağac Sidqi Ruhulla küçəsində, uşaq poliklinikası ilə üzbəüz yerləşir. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yüksək gərgirlik naqillərinin üzərində sallanan budaq kəsilib.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı yanvarın 13-ü sosial şəbəkələrdə paylaşım etmişdik.