Gəncədə 10 yanvar tarixində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.
Hadisə Ruzigar Qasımov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil döngədə "Opel"lə toqquşub. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.