Gəncədə 24 dekabr tarixində elmi-praktiki konfrans keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
"İlham Əliyev-Azərbaycan mədəniyyətinin inkişaf modeli" adlı tədbir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. Burada mədəniyyət sahəsində çalışan şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsinin əlilləri və veteranları, 44 günlük vətən müharibəsinin qaziləri iştirak ediblər. Çıxışlarda İlham Əliyevin apardığı uzaqgörən və müdrik siyasəti haqda məlumat verilib.
Sonda Cənab Prezidentin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.