Gəncədə yol təmir olunur. Bu haqda Gencexeber.az-a dekabrın 8-i məlumat daxil olub.
İşlər şəhərin İsrafil Məmmədov küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində aparılır. Ərazidə yolun nahamar hissələrində yamaq vurulur. Asfalt örtüyünün bərpası üçün canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlər səbəbindən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Xatırladaq ki, Atatürk prospekti ilə Əşrəf Yusifzadə küçəsində yolun təmiri haqda məlumat vermişdik.