Gəncədə daha bir küçənin sakinləri asfalt örtüyünün olmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 8 yanvar tarixində məlumat daxil olub.
Bu hal Totanlı küçəsində müşahidə olunur. Burada yol infrastrukturu yoxdur.
"Çox əziyyət çəkirik. Küçədə düz yerimək də olmur, ağzı aşağı adam yıxılır çökəyə", - deyə izləyicimiz bildirir. Sakinlərin sözlərinə görə, küçədə daşlar olduğundan gəzməkdə çətinlik çəkirlər. Yağışlı havada hər yan palçıq olur və piyadaların ayaqqabıları batır.