Gəncədə "Çempionumuz" layihəsi çərçivəsində görüş keçirilib. Bu haqda 12 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.
Tədbir 39 nömrəli tam orta məktəbdə baş tutub. Görüşün qonağı Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Asif Həsənov olub. Tədbirdə Baş İdarənin sektor müdiri Rəşad Əlizadə, məktəbin direktoru Nizami Rzayev çıxış ediblər. Daha sonra Asif Həsənov idman həyatı və idmana necə gəlməsi barədə şagirdlərə məlumat verib, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edib.
Sonda Əməkdar Məşqçinin fəaliyyəti haqda videoçarx izlənilib.