Gəncədə gənclər üçün təlim keçirilib. Bu haqda 28 dekabr tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.
Təlim "Kompüter kursu"nun rəhbəri İlahə Mehdiyeva tərəfindən təşkil olunub. Dərs "Ms Excel-də cədvəllərlə iş" mövzusunda baş tutub. Təlimdə 32-dən çox gənc iştirak edib. Onlar öyrəndiklərini praktiki olaraq tətbiq edib verilən tapşırıqları yerinə yetiriblər.