Gəncə yeni texnologiyalar vasitəsilə işıqlandırılır. Bu barədə 18 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.
Prezident İlham Əliyev yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə sözügedən məsələyə toxunub. Ölkə başçısı bildirib ki, Gəncə, Bakı, Sumqayıt da daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırılması ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirilir.
Yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.