Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 2 yanvar tarixində məlumat daxil olub.
Şəhərin Firdovsi küçəsində su borusu partlayıb. Nəticədə küçə boyu su axır. "Bu vəziyyət iki gündür davam edir. Lakin gəlib təmir edən yoxdur" - deyə, sakinlərdən biri bildirib.
Xatırladaq ki, bir müddət öncə Aida İmanquliyeva küçəsində baş verən kommunal qəza haqda məlumat vermişdik.
[caption id="attachment_7785" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]