Gəncədə STEAM Azərbaycan Festivalında iştirak edən şagirdlərlə görüş keçirilib. Bu haqda 25 dekabr tarixində Gəncə Şəhər Təhsil İdarəsi məlumat paylaşıb.
İdarənin rəisi Anar Qədiməliyevlə görüşdə 5 nömrəli tam orta məktəbin, 26 nömrəli məktəb-liseyin və Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin şagirdləri iştirak ediblər. Onlar festivalda müvafiq olaraq I və III yerlərə layiq görülüblər. Qədiməliyev şagirdləri təbrik edərək uğurlar arzulayıb.
Qeyd edək ki, STEAM Azərbaycan Festivalında 5 nömrəli tam orta məktəbin "Unimate", 26 nömrəli məktəb-liseyin "Digibrains" və Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin "Robot Reboot" komandaları iştirak ediblər.
[caption id="attachment_7388" align="alignnone" width="300"]
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto[/caption]