Gəncədə "Kəpəz Rəqs Kuboku 2022" müsabiqəsi keçiriləcək.
Tədbir yanvarın 30-u Gəncə Dövlət Dram Teatrında saat 12:00-dan 22:00-dək baş tutacaq. Müsabiqə Azərbaycan Prezident Administrasiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunacaq.
İştirakçıların qeydiyyatını kollektivin rəhbəri və ya onun nümayəndəsi yanvarın 23-dək etməlidir. Ərizələr dance-az@mail.ru elektron ünvanına göndərilməlidir.
Ətraflı məlumatı bu link-dən istifadə edərək əldə edə bilərsiz.