Gəncədə 17 dekabr tarixində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda izləyicimiz məlumat verib.
Hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. "VAZ 2107" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə Oqtay Bağırov, Pərviz Əsgərov, Aynur Allahverdiyeva və Leyla Mahmudova müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.