Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda 19 yanvar tarixində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mətbuat xidmətinə istinadən xəbər veririk.
Görüş zamanı iştirak edən sakinlərin kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib.
Vətəndaşları dinləyən Nurəhməd Əhmədov səsləndirilən şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verib.